“Ağsu Siti” komandası “Uğur” -la oyundan üzüağ çıxdı

Region Liqasında ötən mövsümün çempionu olmuş “Uğur” (Sumqayıt) da “Ağsu Siti”ni məğlub edə bilmədi.

Klubun mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, “Ağsu Siti” yeni mövsümə hazırlıq çərçivəsində keçirdiyi 7-ci matçında da məğlub olmayıb. Bundan öncəki 6 oyunda qalib gələn “Ağsu Siti”, “Uğur”la matçdan 0:0 hesablı bərabərliklə ayrılıb.

Ardıcıl oyunlar keçirən “Agsu Siti” bu matçda bir neçə əsas oyunçusuna istirahət verib, komandaya yeni qoşulan transferlərə, həmçinin baxışda olan yerli futbolçulara da şans verib.

“Ağsu Siti” komandası yüksək templə hazırlıqlara davam edir.

“Ağsu Siti” – “Uğur” (Sumqayıt) – 0:0

Facebook Comments