Daha bir Gəncə məhbusu azadlığa çıxıb

Bu gün Bakı Apelliyasiya məhkməsində “Gəncə işi” ilə bağlı növbəti qrupun məhkəmə prosesi yekunlaşıb. Elvin Əliyev məhkəmə zalından azadlığa buraxılıb, 6- 9 il haqsız cəza almış şəxslərin cəzaları azaldılıb.

Sozcu.az xəbər verir ki, bu barədə məlumat verən hüquq müdafiəçisi Oqtay Gülalıyev əlavə olaarq bunları deyib:

Haqq nazilər üzülməz. İnanırıq ki, Gəncə hadisələri ilə bağlı şərlənib həbs olmuş bütün məhbuslar inşallah haqq etdikləri azadlığa qovuşacaqlar!

Bütün siyasi məhbuslara bir daha azadlıq təlb edirik!

Facebook Comments