Pakistanın Bəlucistan vilayətinin Kvetta şəhərindəki məsciddə partlayış baş verib.
Sozcu.az xəbər verir ki, partlayış nəticəsində 4 nəfər həlak olub, 15 nəfər yaralanıb. Yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilib.
Polis şəhərdə terrorçuların axtarışına başlayıb. Hələlik heç bir terror qruplaşması məsuliyyəti üzərinə götürməyib.(Axar.az)
Facebook Comments