Müharibə veteranı Zakir Qaralova müraciət etdi

Azərbaycan Respublikasının Baş

 Prokuroru cənab Zakir Qaralova,

 Surəti :     Respublika Əmək və Əhalinin Sosial

 Müdafiəsi naziri, cənab Sahil Babayevə,

Qarabağ Azadlıq Təşkilatı Ali Məclisinin

üzvü, Qarabağ müharibəsi veteranı

Məmmədov Hürriyət Məhəmməd oğlu

                                                 tərəfindən

 Müraciət

         Hörmətli Baş Prokuror, hörmətli nazir.

Sizə təəssüflə bildirirəm ki, dələduzluq və vəzifə saxtakarlığına qarşı mübarizə nə qədər yüksələn xətlə davam etsə  də gündəlik həyatımızda hələ də yenilərinə rast gəlirik. ƏƏSM naziriliyində saxta əlillik dərəcələrinin (qruplarının) ləğvi ilə əlaqədar yaradılmış işçi qrupu tərəfindən xeyli işlər görülsədə köhnə, üstü açılmayan cinayət tərkibli əməllərdən yararlananlar hələ də var. Belələrindən biri Bakı şəhər Nizami rayonu Bəhruz Nuriyev küçəsi, ev 33, mənzil 40-da yaşayan Aslanov Əşrəf Əlövsət oğludur. Bu adam 18.12.1998-ci ildə 003588 saylı SSRİ dövrünün II qrup əllilk vəsiqəsini, sonra isə 25 yanvar 1999-cu il tarixli Nizami rayon Sosial Müdafiə Mərkəzi tərəfindən verilmiş 265030 saylı II  qrup əlillik vəsiqəsi əldə edir. Çox təəccüblüdür ki, II qrup əlil Əşrəf Aslanov 29 may 1997-ci ildə Nizami rayon İcra Hakimiyyətinin başçısı E.Əzimovun sərəncamı ilə “dayaq hərəkət aparatı pozulmuş” II qrup əlil kimi yaşadığı ərazidə maşın qarajı quraşdirmaq üçün (6,0 x 3,0 metr ölçüdə) icazə alır. 29.06.1999-cu ildə isə möcüzə baş verir. II qrup əlil Ə.Aslanov II qrup Qarabağ Müharibəsi əlilinə çevrilərək, BŞİH-in başçısının müavini M.Seyidovun imzası ilə 591 saylı sərəncamla, yaşadığı ərazidə 2,5 x 2,5 metr  olçüdə müvəqqəti köşk quraşdırılmasına icazə alir. Ə.Aslanov mahir “sənətkar ” kimi ərazidə qaraj və köşk tikərək onları bərbərxana və dərzixana kimi icarəyə verir və pul qazanır. Müraciətə əlavə olunan sənədlərdən də görünür ki, “dayaq-hərəkət aparatı pozulmuş”  əlil kimi həkim rəyinə əsasən o  işləməməlidir. Əşrəfin Qarabağ əlilinə çevrilməsində əsas rol oynayan 2 saylı zona həkim ekspert komissiyasının 29.12.1998-ci il tarixli arayışında  bu birmənalı olaraq göstərilir. Bəs necə olur ki, bu əlil 30 ildən çoxdur ki, 26 saylı Mənzil İstismar sahəsində çilingər işləyərək  ağır işlər görür. Maraqlıdır ki, 2 saylı zona həkim ekspert komissiyası hansı təmənnalar hesabına belə saxtakarlığa getmişdir?

Əşrəf ötən ilə kimi həmişə, hər yerdə özünü Əfqanıstan müharibəsi əlili, veteranı kimi təqdim edirdi. Bu ildən isə özünü utanmadan Qarabağ müharibəsi veteranı kimi təqdim etməyə başlayıb. Hansi ki, Qarabağin işğal ərazilərini, rayonlarını belə tanımır. Hərbi biletində bu haqda  hər hansı qeyd belə yoxdur. Neçə illərdir bu saxta veteran Sosial Müdafiə nazirliyindən minik maşını, sanatoriyalara pulsuz putyovkalar alıb dövlət büdcəsinə on minlərlə manat dəyərində ziyan vurmuşdur.

Çox təəssüf ki, Nərimanov rayon Vətən müharibəsi veteranları İctimai Birliyi bu dələduzu özünə fəxri üzv seçib. (vəsiqə N194). Hələ bu azmış kimi bu Respublika ictimai birliyinin sədri bu saxtakar müharibə əlilini Cümhuriyyətin 100 illik yubiley medalı ilə təltif də edib.

Ə.Aslanov cəzasızlıqdan ilhamlanaraq Nizami rayonundakı yaşadığı mənzildən qeydiyyatdan çıxaraq  Nərimanov rayonunda (Polis İdarəsində ) qeydiyyata düşərək Azərbaycan Gözdən Əlilər Cəmiyyətində saxta sənədlərlə ev almaq istəyir. Müharibə əlilində cüzi maaşla bu qədər pul hardandır? Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə məhkəmə istintaqı artıq yekunlaşıb, iş ibtidai istintaqa qaytarılıb.

Ölkəmizdə Əşrəf kimiləri hələ də çoxdur. Onları ifşa etmək çəmiyyətin və hər bir vətəndaşın borcu sayılmalıdır.

 Hörmətli baş prokuror, hörmətli nazir!

Qarabağ Azadlıq Təşkilatı öz sıralarında yüzlərlə müharibə veteranlarını və qazilərini birləşdirir. QAT olaraq özgəsinin haqqına girən Əşrəf Aslanov kimilərini pisləyirik və Sizdən qüvvədə olan qanunlarımıza müvafiq ciddi ölçü götürülməsini xahiş edirk.

     P.S  Hörmətli Qarabağ qaziləri və veteranları,mən bu müraciəti 10.06.2019-cu il tarixdə poçtla Respublika prokurorluğuna və ƏƏSM nazirliyinə göndərmişəm. Respublika prokurorluğu sağ olsun müraciəti nəzarətə götürüb və nazirliyiə tədbir görmək üçün göndırib.Bu nazirlik isə müraciətlərə ərizə və şikayətlərə baxılması qaydasını və müddətini unudaraq hələ də susur. Öz bəd əməllərinin bəhrəsini dadmaq istəmirlər…

Facebook Comments