Tramp bizə Suriya ilə bağlı bu vədi verib – Çavuşoğlu

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə bəyan edib ki, Suriyanın şimalında 20 mil genişliyində bufer zonası yaratmaq niyyətindədir.

Sozcu.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Tramp bizə Suriyanın şimalında 20 millik təhlükəsizlik zonası yaratmaq vədini verib”, – o bildirib.

Çavuşoğlu həmçinin, təhlükəsizlik zonasının yaradılmasında əsas məqsədin strateji cəhətdən vacib regionlardan YPG-nin çıxarılması olduğunu deyib. O, artıq Türkiyə təyyarələrinin gələcək bufer zonada patrul fəaliyyəti apardıqlarını da söyləyib.

Facebook Comments