Bravo!

“Mançester Siti”nin qapıçısı Klaudio Bravo vətəni Çilidə xeyirxah addım atıb.

Sozcu.az-ın “Daily Mail” nəşrinə istinadən yaydığı xəbərə görə, o, meşə yanğınları zamanı evlərini itirən dörd ailəyə mənzil hədiyyə edib.

2017-ci ildə baş verən həmin yanğınlar zamanı 11 nəfər həlak olub, 3 min ev sıradan çıxıb. Hadisədən bir müddət sonra zərər çəkən ailənin Kamilo adında 9 yaşlı oğlan uşağı Bravoya müraciət edərək ona avtoqraflı formasını bağışlamağı xahiş edib. Futbolçu isə nəinki bu xahişi yerinə yetirib, Kamilonun ailəsi də daxil 4 ailəyə mənzil bağışlayıb.

“Hadisədən sonra mənim nəvəmdən müsahibə götürdülər. O dedi ki, Bravonun formasını istəyir. Bundan sonra Klaudio bizimlə əlaqə saxladı. Həm forma, əlavə olaraq da ev verdi” – deyə Kamilonun babası Miqel bildirib.(Qol.az)

Facebook Comments