Müsavatın Şəki təşkilatının sədri polisə çağırıldı

Bu gūn Müsavat Partiyası Şəki təşkilatının sədri Bakıxan Qəribli yerli polis idarəsinə çağırılıb.

“Özünü polis mayoru kimi təqdim edən Aqil Cəfərov adlı şəxs məndən şikayət olunduğunu, şəxsiyyət vəsiqəmi götürərək saat 15:00-da Şəki polisinə gəlməyimi istədi”, – deyə, Bakıxan Qəribli özünün feysbuk səhifəsində yazıb. Təşkilat sədri deyilən vaxt polisə gedəcəyini də bildirib.

Bu gün həmçinin Müsavatın Nərimanov təşkilatının sədri Namiq Niftiyev də polisə çağırılaraq təzyiqlərə məruz qalıb.

Facebook Comments