Çempionlar Liqasında 3-cü mərhələnin püşkü atıldı-“Qarabağ”ın potensial rəqibləri bəlli oldu

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Sözcü.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirfə ölkəmizin ÇL-dəki yeganə təmsilçisi “Qarabağ”ın da 3-cü raunddakı potensial rəqibləri məlum olub.

2-ci təsnifat mərhələsində İrlandiya “Dundalk”ı ilə qarşılaşacaq Ağdam təmsilçisi hazırkı rəqibini keçərsə, 3-cü raundda APOEL (Nikosiya, Kipr) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Qurban Qurbanovun komandası 2-ci mərhələni adlasa, 3-cü raundakı ilk oyununu səfərdə keçirəcək.

Çempionlar Liqası, III təsnifat mərhələsi

APOEL (Nikosiya, Kipr) – “Sutyeska” (Monteneqro) / “Dandolk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)

ÇFR (Kluj, Rumıniya)/“Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi – “Seltik” (Şotlandiya)/”Nomme Kalyu” (Estoniya) cütünün qalibi

“Sutyeska” (Monteneqro)/APOEL (Kipr) cütünün qalibi – “Dandolk” (İrlandiya)/”Qarabağ” (Azərbaycan) cütünün qalibi

PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya)

“Saburtalo” (Gürcüstan)/”Dinamo” (Xorvatiya) cütünün qalibi – “Ferensvaroş” (Macarstan)/”Valletta” (Malta) cütünün qalibi

“Srvena Zvezda” (Serbiya)/HİK (Finlandiya) cütünün qalibi – TNS (Uels)/“Kopenhagen” (Danimarka) cütünün qalibi

“Maribor” (Sloveniya)/AIK (İsveç) cütünün qalibi – BATE (Belarus)/”Rusenborq” (Norveç) cütünün qalibi

Liqa yolu

“Başakşəhər” (Türkiyə) – “Viktoriya” (Çexiya)/“Olimpiakos” (Yunanıstan) cütünün qalibi

“Krasnodar” (Rusiya) – “Portu” (Portuqaliya)

“Brügge” (Belçika) – “Dinamo” (Kiyev, Ukrayna)

PSV (Hollandiya)/“Bazel” (İsveçrə) cütünün qalibi – LASK (Avstriya)

Qeyd edək ki, 3-cü təsnifat mərhələsində ilk oyunlar avqustun 6-7-də, cavab matçları isə 13-də keçiriləcək.

 

 

 

 

Facebook Comments