FaceApp tətbiqi 10 gün ərzində 1 milyon dollar gəlir əldə edib

Fotolarda insanların üzlərini qocaltmaq və ya cavanlaşdırmaq üçün nəzərdə tutulmuş FaceApp tətbiqi 9 iyuldan 19 iyul tarixinə kimi öz tərtibatçılarına 1 milyon dollar gəlir gətirib.

Sozcu.az Technote-a istinadən bildirir ki, beləliklə bu 10 gün ərzində sözügedən tətbiq 6.5 milyon dəfə yüklənib. Bu barədə Forbes syatına istinadən Macdigger saytı xəbər verib.

Bu gəlirin böyük bir hissəsi (746.000$) iOS əməliyyat sistemi tərəfindən cəlb olunub. Belə ki, FaceApp tətbiqi bütün dünya üzrə App Store online mağazasının aktiv olduğu 155 ölkədən 154-də birinci yerdə qərarlaşıb. Təkcə Çində bu tətbiq 5-ci yeri tutub. 2017-ci ildən bu vaxtda kimi FaceApp 73.2 milyon dəfə yüklənib. Tərtibatçıların ümumi gəliri isə 11.6 milyon dollar dəyərində qiymətləndirilir.

Facebook Comments