Goranboyda 57 yaşlı kişi ağac parçası ilə döyüldü

Goranboy rayonunda döyülmə faktı qeydə alınıb.

Report-un məlumatına görə, 1962-ci il təvəllüdlü rayon sakini Nağı Məmmədov mübahisə zəminində tanışı tərəfindən ağac parçası ilə döyülüb.

O, başından aldığı xəsarətlərlə yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Facebook Comments