Aydın Mirzəzadə 400 bal yığan tələbəyə hədiyyə verəcək

Ali məktəblərə qəbul üzrə I qrup üzrə ikinci imtahanlarda Mingəçevir şəhər 8 saylı məktəbin məzunu Seydəhmədova Aysel Rauf qızı maksimum – 400 bal yığıb.

Sozcu.az xəbər verir ki, Mingəçevirdən olan deputat Aydın Mirzəzadə Ayselə hədiyyə alacağını bildirib.

A.Mirzəzadə deyib ki, respublika üzrə doqquz nəfər məzun belə yüksək bal toplaya bilib: “İndi Ayselin telefon nömrəsini taparaq ona zəng etdim, özü və valideynlərilə danışdım. Ata fəhlə, ana evdar qadındır, iki övlad böyüdürlər. İkinci övladları da məktəbdə “əla” qiymətlərlə oxuyur. Ayselə hədiyyə etmək istədiyimi dedim və öz arzusunu soruşdum. Onun istəyi ilə lazım olan bir hədiyyə alınıb ailəyə təqdim ediləcək”.

Deputat qeyd edib ki, valideynləri və Ayseli təbrik edib, onlara gözaydınlığı verib: “Onun uğurunun tək özünün deyil, bütün Azərbaycan təhsilinin uğuru olduğunu bildirdim”.

Facebook Comments