“Miran” əsgərlikdən qayıtdı – Foto

“Hercai” serialındakı “Miran” obrazı ilə məşhurlaşan türkiyəli aktyor Akın Akınözü 21 gün öncə əsgərliyə yollanmışdı.

Sozcu.az xəbər verir ki, o, ölkəsindəki “Bədəlli əsgərlik”dən yararlanıb, pul ödəyərək, qısamüddətli hərbi xidmətdə idi.

Sənətçi bu gün xidmətdən geri döndüyünü bildirib.

“Əsgərlikdən qayıdanda məni 2 milyonu keçmiş daha da böyük bir ailə ilə qarşıladığınız üçün təşəkkür edirəm” deyə, Akın İnstaqramda yazıb.

Qeyd edək ki, “Hercai” serialı mövsüm finalı edib. Ekran işi sentyabrdan davam edəcək.(Axşam.az)

Facebook Comments