Yevlaxda qətlə yetirilən şəxsin anası saytları məhkəməyə verəcək

Yevlax rayonunun Malbinəsi kəndində baş verən qətl hadisəsində zamanı qətlə yetirilən Nicat Hüseynov haqqında “əvvəllər məhkum olunmuş” sözünü yazan mətbuat orqanları məhkəməyə veriləcək.

Bu haqda Sozcu.az saytına zəng edən mərhumun anası Quliyeva Bahar bildirib ki, oğlunun adını ləkələyən saytlar məhkəməyə veriləcək:

“Oğlum Nicat Hüseynov qohumu Murad Hüseynovla aralarında baş verən münaqişə zamanı qətlə yetirilib. Bəzi saytlar hadsə haqqında yazarkən, oğlumu əvvəllər məhkum olunmuş şəxs kimi təqdim edirlər. Halbuki bu yalan məumatdır. Mən indi həmin saytları məhkəməyə verəcəm. Qoy mənim oğlumun nə vaxt məhkum olunduğunu mənə də desinlər. Övladımın adını ləkələyən saytlar qanun qarşısıda cavab verəcəklər”.

Elşən Əlisoy

Facebook Comments