“Real” Neymar üçün təklifini göndərdi

“Real” PSJ-nin futbolçusu Neymarı transfer etməkdə israrlıdır.

Sözcü.az xəbər verir ki, Madrid klubunun prezidenti Florentino Peres 2013-cü ildə “Barselona”ya keçməyi seçən braziliyalı hücumçunu bu dəfə almaq istəyir. “Real”ın artıq bununla bağlı Paris təmsilçisinə təklif göndərdiyi də vurğulanıb. La Liqa klubu Neymar üçün 130 milyon avro və Qaret Beyl və ya Xames Rodriqesi verməyi təklif etdiyi bildirilib.

Qeyd edək ki, Neymarı “Barselona”nın da heyətinə qatmaq istədiyi iddia olunur.\Qol.az\

Facebook Comments