Roberto Martinez: “Qələbəyə layiq idik”

Belçika millisinin baş məşqçisi Roberto Martinez DÇ-2022-nin ilk turunda Kanaday qalib gəldikləri matç barədə danışıb.

Sozcu.az “Reuters”ə istinadən xəbər verir ki, mütəəssis deyib:

“Bu, texniki olaraq ən pis performansımız idi? Bəli. Bəs, ən pis oyunumuz idi? Xeyr. Çünki bu, Dünya kubokunun qələbəsidir. Oyunumuzun əks tərəfini göstərməli və çox yaxşı müdafiə olunmalı idik. Çox gözəl qol vurduq. Kanadaya millisi yaxşı oynadı. Amma biz qalib gəlməyə layiqik.

Özümüzə tənqidi yanaşmalı və inkişaf etməliyik. Ancaq üç xalınız olduqda bunu etmək daha yaxşıdır, xüsusən də baş verənləri gördükdən sonra”.

Qeyd edək ki, Belçika hazırda Xorvatiya və Mərakeşi də qabaqlayaraq 3 xalla qrupa iderlik edir.

Facebook Comments