Siyasi partiyalarla bağlı qanun layihəsinə 45 dəyişiklik edildi

“Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantında 18 maddədə 45 dəyişiklik edilib və amma bu, hələ son deyil.

Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantının müzakirəsi zamanı çıxışında deyib.

“Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanması zəruri idi. Bununla bağlı qanunun qəbulundan 30 il vaxt keçib. Ona görə də qanunun yeniliyi vacibdir”, – vitse-spiker vurğulayıb.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsinin yeni variantı Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunur.

Facebook Comments