Elməddin: “Şöhrətim vardı, amma kirayə pulunu verə bilmirdim“

“Heç kim 2002-dən 2014-cü ilə kimi olan mərhələdə bizə nə dəstək oldu, nə də soruşdu ki, a bala, kirayəni necə ödəyirsən? 10 il yatırım edib, gecə-gündüz işlədik və qazdığımız quyudan su çıxanda hamı başladı bu tərəfindən danışmağa. Mən onda çox qıcıq oldum”.

Sozcu.az olay-a istinadla xəbər verir ki, bu sözləri aktyor və prodüser Elməddin Cəfərov Ülvira Qarayevanın Astar TV-də yayımlanan yutub layihəsində deyib.

O, əvvəllər qarşılaşdığı problemlərdən bəhs edib:

“Kirayə pulunu verə bilmirdim. Ölkəylə bir şöhrətim vardı, 10 il idi tanınırdım, amma nə evim vardı, nə maşınım. İndi deyirlər, maşınına bax bunun. 10 il piyada olanda niyə demədin? 130 manat kirayə pulu idi, 50-60 manat alırdım. Yoldaşım, 2 oğlum vardı, heç kim orasını soruşmadı. Hamı deyir, necədi təzə ev, maşın?..”

Facebook Comments