Putinin milyarder “desantı” ailəsi ilə Xocalı ərazisinə gəldi və…-FOTOLAR

“Artsaxa investisiyalar davam edəcək. Mən Artsaxa gəlib sərmayə qoymağa hazır olan hər kəsi dəstəkləyəcəm…”-Vardanyan

Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun xeyli hissəsində Rusiyanın himayəsində bəsələnən separatçı-terrorçu hayk rejiminin yeni töyin olunmuş “dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyan bu günlərdə işğal altındakı Xocalı rayonunun Daşbulaq kəndinə gedib və orada görülən işlərlə tanış olub.

Moderator.az xəbər verir ki, Vardanyan bu haqda özünün “Facebook” səhifəsində yazıb.

Əyanilik üçün işğalçı Rusiya lideri V.Putinin milyarder “desantı”nın Azərbaycan torpağının cənnət məkanlarından biri barədəki təəssürat və planlarının qısaca əks olunduğu postunun tərcüməsini nəzərinizə çatdırırıq:

“Artsax(Qarabağ-S.L.) həqiqətən möcüzələrlə doludur. Əsgəran(Xocalı-S.L.) rayonunun Astqaşen(Daşbulaq-S.L.) icması nadir təbii sərvətləri və münbit torpağı ilə həmin möcüzələrdən biridir. Hətta müharibədən sonra da insanlar öz gələcəklərini Artsaxda, öz torpaqlarında qurmağa davam edirlər.

Bir neçə gün əvvəl həyat yoldaşım Veronika və kiçik oğlumuz Georgi ilə Astqaşendə idik. Yeni salınmış xurma bağına indi mənim komandamda olan sahibi Arman Akopcanyanın dəvəti ilə baş çəkdik.

20 hektarlıq bağ bütün müasir aqrotexniki standartlara uyğun əkilib becərilmiş, damcı suvarma ilə və s. ilə təmin olunmuşdur. Bunlar iş yerləri və ixrac üçün yüksək keyfiyyətli Artsax məhsullarıdır.
Məhsulları gözləyirik!..

Artsaxa investisiyalar davam edəcək. Mən Artsaxa gəlib sərmayə qoymağa hazır olan hər kəsi dəstəkləyəcəm. Bizim Artsaxı regionda yaşamaq üçün ən gözəl yerə çevirmək üçün real imkanımız var”.

P.S. Nəticəni özünüz çıxarın…

Sultan Laçın

Facebook Comments