Məktəb direktorundan şəhidlərə hörmətsizlik – Video

161 saylı orta məktəbin direktorunun tədbirdə şəhidlərin ruhunu yad etmək üçün 1 dəqiqəlik sükut zamanı ayağa qalxmaması ilə bağlı video yayılıb.

Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan video tənqidlərə səbəb olub.

Məsələ ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxtdakı 161 nömrəli tam orta məktəbdəki tədbirdə şəhidlərin xatirəsi anılan zaman direktor və yanında əyləşən şəxslərin ayağa qalxmaması ilə əlaqədar yayılan görüntülərlə bağlı qurum tərəfindən müvafiq araşdırma aparılır.

Qeyd edilib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Həmin görüntüləri təqdim edirik:

Facebook Comments