Üçtərəfli bəyanatdan sonra mina partlayışlarından 34 azərbaycanlı ölüb

Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatdan sonra mina və digər qurğuların partlaması nəticəsində 34 nəfər qəsdən öldürülüb.

Sozcu.az Report-a istinadla xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov bildirib.

O əlavə edib lo, 73 nəfər mina və digər qurğuların partlaması nəticəsində, 1 nəfəri isə odlu silahdan açılmış atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Həmin cinayətlərlə bağlı 35 nəfər axtarışa verilib. Həmin şəxslərdən 12-si Rusiyanın, 17-si Ermənistanın, 5-i Fransanın, 1-i isə Gürcüstanın vətəndaşlarıdır.

Facebook Comments