Əvəz Zeynallı ilə bağlı ölkə Prezidentinə müraciət edildi

Bir qrup jurnalist, hüquq müdafiəçisi yazıçı və şair Əvəz Zeynallı ilə bağlı ölkə prezidentinə müraciət ediblər.

Sozcu.az xəbər verir ki, onlar ölkə başçısından Əvəz Zeynallının ev dustaqlığına buraxılmasını, ən yaxşı halda isə həbsdən azad edilməsini xahiş ediblər.

Məlumat üçün bildirək ki, “Xural” TV-nin rəhbəri, jurnalist Əvəz Zeynallı 2022-ci il sentyabrın 10-da külli miqdarda rüşvət almaq ittihamı ilə tutulub, sentyabrın 21-də ona vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamı da irəli sürülüb.

Facebook Comments