“Beynəlxalq Bank” qazinin qan puluna göz dikdi – “Yaşat Fondu” doğru deyir, yoxsa “City Hospital?”

Qazimiz 1987 təvəllüdlü Qurbanlı Məhəbbət Məhərrəm oğlu.

Məhəbbət bu gün ancaq ağrıkəsici (travmadol, kokain) atmaqla yaşayır. (Əgər yaşamaq demək olarsa)

Bu gün çoxu elə zənn edir ki, bütün problemlərin səbəbkarı Sahil Babayevdir, xeyir.

Qazilərimizin bu vəziyyətdə olmasının səbəbkarı gecə gündüz baş sındırıb, ağıl çatdadan, qazilik statusu haqqında qərar çıxardan “deputatlarımız ” dır.

Kişilər yığışıb qərara gəliblər ki, əlillik topuqdan 4 barmaq yuxarı bir cür, dizdən 4 barmaq aşağı başqa cür müəyyən edilir.

Elə ona görə də Məhəbbətin sağ ayağını topuqdan 4 barmaq yuxarı amputasiya edərək 9 dəfə kəsə-kəsə gəlib çatıblar dizdən 4 barmaq aşağı.

Heç birinizin xətrinə dəyməsin əziz deputatlar sizin baş sındırıb, kəllə çatdadıb verdiyiniz qərarların səviyyəsini ölçsək, bu qazimiz Məhəbbətin cinsiyyətindən bir qarış aşağı səviyyədədir. Yəni dizinnən 4 barmaq yuxarı.

Ona görə də bu işdə Sahil Babayevin bu məsələdə heç bir günahı yoxdur. Hərçənd mənim Sahil Babayevi müdafiə etmək fikrim yoxdur.

Çox yazıb başınızı ağrıtmayacam. Keçək qazimizin problemlərinə.

1. Qazimizin əlillik dərəcəsini aşağı salmaq üçün sağ qıçını 9 dəfə amputasiya edərək gəlib dizindən 4 barmaq aşağı çıxıblar. Hələ bu da son deyil. Sağ ayağı onu incidir.

2. Hazırlanmış protez onu qane etmir.

3. Sol ayağının ağrılarınnan gündə 3, 4 bəzən 6-7 dəfə güclü ağrıkəsicilər atır ki, bu qazimizi təmiz əldən salıb.

4. Sol ayağın ya müalicəsi, ya da amputasiyası vacib lazımdır.

5. Qazimizə verilmiş forma pulunu ( 1800 manat) Beynəlxalq bank onun borcuna görə mənimsəyib. Halbuki prezidentin sərəncamına əsasən şəhid və qazilərin bank borcları bağışlanmışdı.

6. Qazimizin müalicəsi üçün onu təcili Türkiyəyə göndərmək lazımdır.

Halbuki “Yaşat Fondu” nun qazimizin reablitasiya üçün ayırdığı 48 min manatın ünvanı bəlli deyil. “Siti Hospital” isə bu bəbləğin ancaq 16 minini ala bilib.

7. Qazimizə dövlət tərəfindən əlillik arabası verilməyib.

8. Ona avtomobil verilməsi nəzərdə tutulsada ancaq verilməyib.

Nə bilim sadalanası problemləri çoxdur.

Sonda Dövlət Qaçqınkomun sədri cənab Rövşən Rzayevə qazimizə Ağdamın Quzanlı qəsəbəsində verdiyi 3 otaqlı mənzilə görə dərin təşəkkürlər.

İlqar Əli

Facebook Comments