Ukrayna bir gecədə İranın 5 PUA-sını məhv etdi

Bu gecə Ukrayna Hərbi Hava Qüvvələri ölkənin Nikolayev vilayətinə hücum edən İran istehsalı 5 ədəd “Şahid-136” kamikadze-dronunu məhv edib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

Bildirilib ki, ümumilikdə oktyabrın 2-nə keçən gecə işğalçılar 7 “Şahid-136” ilə vilayətə hücum ediblər. Onlardan 5-i Odessa zenit-raket briqadası və Xerson zenit-raket briqadasının hərbçiləri tərəfindən zərərsizləşdirilib.

Facebook Comments