“Haaland Avropanın 5 böyük liqasında da oynamaq istəyir”

“Mançester Siti”nin futbolçusu Erlinq Haalandın atası Alf-İnqe Halland oğlunun Avropanın 5 böyük liqasında da oynamaq istədiyini bildirib.

Sozcu.az “The Times” nəşrinə istinadən xəbər verir ki, o deyib: “Düşünürəm ki, Erlinq bütün çempionatlarda özünü sınamaq istəyir. Hər liqada o, maksimum üç-dörd il keçirəcək.

Almaniyada iki il yarım, İngiltərədə iki il yarım, sonra İspaniya , İtaliya, Fransa ola bilər, elə deyilmi? Bunun belə olub-olmayacağını bilmirik. Amma mənə elə gəlir ki, o, özünü bütün əsas liqalarda sınamaq fikrindədir”

Qeyd edək ki, norveçli hücumçu bu yay Dortmund”Borussiya”sından “Mançester Siti “yə keçib və klubla 2027-ci ilin iyununa qədər müqavilə imzalayıb.

Facebook Comments