Qubada avtomobil piyadanı vurub

Qubada piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Sozcu.az-a verilən verilən məlumata görə, rayon sakini 33 yaşlı Xəyalə Mustafayeva avtomobil vurub.

 

Qəzanı törədən Quba RPŞ-nin əməkdaşı tərəfindən yaralıya ilkin tibbi yardım göstərilməklə xəstəxanaya çatdırılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxsin vəziyyəti ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook Comments