“Ukrayna heç vaxt, heç nəyi Rusiyaya bağışlamayacaq…”

“Ukraynaya qarşı müharibə Rusiya üçün çox böyük milli rüsvayçılıqdır…”

“Mən pis rusam, amma Rusiyada qalıram…”

“Yad ərazilərin birləşdirilməsi mənə dərin arxaik təsir bağışlayır…”

“Rusiya və rusiyalıları sevmirlər, bizə daha inanmırlar, bu, bizim nüfuzumuzun qlobal miqyasda itirilməsidir…”

“Bax ilk dəfədir ki, digital müharibə yaşayırıq, hər şey yaddaşlara köçürülür və həmişəlik xatirələrdə qalır…”

“Mən əminəm ki, xalqa nə Xerson, nə Zaporojye lazımdır, onun başqa qayğıları var…”

Bizim xalqımız 24 fevrala qədər heç düşünmürdü ki, o, Zaporojyesiz yaşaya bilməz. Ukraynaya qarşı müharibə Rusiya üçün çox böyük milli rüsvayçılıq olub.

Bunu “Novaya Qazeta”nın baş redaktoru, Nobel sülh mükafatı laureatı Dmitri Muratov “Azadlıq Radiosu”na verdiyi müsahibəsində deyib.

Mən bu barədə Qorbaçovla dəfələrlə danışmışam. Mən, ümumiyyətlə, başqalarının ərazilərinin zəbt edilməsini arxaik sayıram. Mən belə hesab edirəm ki, bu ərazilərlə əməkdaşlıq etmək, rəqabət aparmaq, oralarda müştərək lahiyələr icra etmək, ağaç əkmək, birlikdə faydalı qazıntılar çıxarmaq, orada ümumi müəssisələr yaratmaq olar. Amma inzibati sərhədləri daxilində birləşdirmək mənə çox dərin arxaik təsir bağışlayır.

Biz öz inkişafımızda ən azı yarım əsir geriyə, Qorbaçovdan qabaqkı dövrə atılmışıq. Bizə daha inanmırlar. Rusiyanı və rusiyalıları sevmirlər. Mən sizə deyim ki, bu, bizim nüfuzumuzun qlobal miqyasda itirilməsidir. Bu, ehtimadın itirilməsidir, nüfuzun itirilməsidir. Bunu bərpa etmək çox çətindir.

Çünki nüfuz illərlə, çox ağır zəhmətlə, cəmiyyətin görkəmli üzvləri ilə, – əlbəttə, belələri bizdə olub, akademik Saxarov, Mixail Qarbaçov, Yuri Qaqarin, – qazanılır. Biz ötən əsrin sonunda müharibələri başlamağı yox, bitirməyi öyrənmişik.

Muratov əmindir ki, indiki hadisələri dünya tarixində heç nə ilə müqayisə etmək olmaz

Mən, ümumiyyətlə, tarixi allüziyaların əleyhinəyəm. Qəti şəkil əleyhinəm. Əminəm ki, bizim indiki yaşadıqlarımızı biz ilk dəfə yaşayırıq. Aydın olması üçün deyim ki, biz ilk dəfədir ki, digital müharibə yaşayırıq. İstənilən fəlakətləri bəşəriyyət yaşaya bilib, çünki onları unuda bilib. Amma bugünkü müharibə hafizənin saxlanma qurğuları ilə birgə baş verir. Sən hər şeyi istəsən bağışlaya bilərsən. İstədin, hər şeyi bağışladın. Lakin “Mariupol”, “İrpen”, yaxud “Buça”nı axtarışa versən, sən daha heç bir şeyi bağışlaya bilmərsən. Bax, biz bununla üzləşmişik.

Bu müharibənin hər bir addımı, hər bir cinayəti və atəşi, hər dağıdılmış xayası, Buçada üstündə manikürü olan öldürülmüş qadın əli həmişəlik xatirələrdə qalacaq.

Bəşəriyyət indiyə qədər belə şeylə üz-üzə qalmayıb. İkinci dünya müharibəsində 3 min
reportyor olub. İndi isə təkcə Ukrayna ərazisində müharibəni milyonlarla kamera çəkir. Bəşəriyyət hələ anlamayıb ki, heç vaxt, heç nəyi bağışlaya bilməyəcək. Ukrayna heç vaxt, heç nəyi Rusiyaya bağışlamayacaq.

Muratov şübhə etmir ki, Rusiya cəmiyyəti Ukraynada müharibəni istəməyib

Çıxın küçələrə, soruşun, sənə Xerson lazımdır? Sənə dəli kimi baxıb deyəcəklər: “Nə Xerson, hansı Xerson? Mən dünən Xerson haqqında düşünməmişəm, mənim ipotekam var”.

Geosiyasətçilərin xəstə, meningit beyinlərində başqalarının ərazisinin zəbt edilməsilə əlaqədar qələbə var. Xalqa bu lazımdırmı? Mən tamamilə əminəm ki, – çünki mən də xalqı təmsil edirəm, – bizim xalqımız 24 fevrala qədər heç düşünməyib ki, o, Zaparojyesiz yaşaya bilməz. Narahat gecələri özünə sual verməyib ki, aman Allah, mən Zaporojyesiz necə yaşayım. Bu gerçəklik döyüş meydanın deyil, xəstə beyinlərdə yaradılır.

“Novaya Qazeta” martın sonunda hərbi senzura səbindən öz içini dayandırıb

Sentyabr ayında Rusiya Ali Məhkəməsi nəşrin lisenziyasın geri alıb

Lakin Muratov indiyədək Rusiyada qalır

İnsanların hamısı yığışıb, toparlanıb, harasa gedə bilməz. Burada, Rusiyada bizdən 82 nəfər qalır. Təbii ki, mən də onlarla birlikdə qalıram.

“Mən pis rusam. Kimsə mənə yaxşı rus emblemini bağışlasa, mən onu geri qaytarıb deyərəm ki, lazım olan adama verin. Mən heç yerə getməyəcəyəm…”

Facebook Comments