Məlikanda həbs edilən gənc ananın 2 aylıq uşağı əlindən alınıb

Məlikanda ötən həftə saxlanılan gənc ananın övladının da onunla birgə zindanda olduğu bildirilir.

Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərində Rumina Rəhmani saxlanılaraq Marağa zindanına köçürülüb.

Rumina Rəhmaninin ailəsi bildirib ki, hökumət məmurlarının 2 aylıq övladı Artiyanı anasından ayıraraq həyat yoldaşına verib.

Məlumata görə, Marağa zindanının təkadamlıq kamerasında saxlanılan Ruminanın telefon danışığına və övladı ilə görüşünə icazə verilmir.

Ailəsi Ruminanın durumundan nigaran olduqlarını, gənc ananın nədə ittiham olunduğu barədə heç bir məlumat əldə edə bilmədiklərini qeyd edib.

Facebook Comments