“Putin küncə sıxışdırılan siçovuldur, onun geriyə yolu yoxdur…”

“Putin qəddarcasına yanılıb, Ukrayna xalqının öz Vətəninin müdafiəsinə qalxacağını nəzərə almayıb…”

“Bu, üç günə Ukraynanı fəth etmək istəyən adamın yeddi aylıq rüsvayçılığıdır…”

“Putin əsl faşist kimi rusların həyatını saxlamaq, milli azlıqların həyatını məhv etmək istəyir…”

“Putin küncə sıxışdırılan siçovuldur, onun geriyə yolu yoxdur…”

“Ukraynalılar qətlə yetiriləndə, heç kim etiraz etməyib. İndi isə Putin sizin ruhlarınıza toxunur, sizin arxanızca gəlib…”

Mən Dağıstan sakinlərinə müraciət etmək istəyirəm. Amma məni Rusiya sakinləri də dinləyib eşidəcəksə, bu, əla olacaq. Bu, on min, yüz minlərlə insan həyatının qorunub saxlanmasına kömək edəcək.

Sozcu.az xəbər verir ki, bu barədə “QORDON” internet nəşrinin təsisçisi Dmitri Qordon öz bloqunda bəyan edib.

“Putin Rusiyanın neft, qaz və başqa pullarını oğurlayaraq, sovet imperiyasını bərpa etmək və tarix dərsliklərinə düşmək qərarına gəlib.

O, bunu 2022-ci ildə-SSRİ-nin yaradılmasının 100 illiyi yubileyində etməyin, yenidən Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və daha kimin bəxti gətirsə, birləşdirməyin çox gözəl olacağını düşünüb.

Lakin Putin qəddarcasına yanılıb. O, Ukrayna xalqının öz Vətəninin müdafiəsinə qalxacağını nəzərə almayıb. O, anlamayıb ki, Qərb bu dəfə susmayacaq.

Nəticədə elə alınıb ki, artıq yeddi aydır ki, qanlı məhvetmə müharibəsi gedir. Bu müddət ərzində Putinin Ukraynaya göndərdiyi rusiyalıların 60 mini həlak olub. Bu, üç günə Ukraynanı fəth etmək istəyən adamın yeddi aylıq rüsvayçılığıdır.

Bu müharibədə Rusiyanın gələcəyinin olmadığını görəndən sonra Putin, özünün dediyi kimi, qismən səfərbərlik elan edib. Lakin o, yenidən sizi aldadır, bu, qismən deyil, müharibəyə gedə bilənlərin, hətta gedə bilməyənlərin hamısı göndəriləcək.

Bütün Rusiya boyunca hərbi komissarlıqlar yandırılır, Dağıstanda etiraz dalğası baş qaldırıb. Putinin geriyə yolu yoxdur. Bir neçə il öncə o, müsahibələrinin birində deyib ki, siçovulu küncə sıxışdırsan, o, insanların üstünə tullanacaq. Bu gün bu siçovul küncə sıxışdırılıb. Onun geriyə addım atmağa yolu yoxdur.

O, Ukraynanın qalib gəlməsini etiraf edə bilməz. Ona görə də o, bu dəhşətli müharibənin alovuna on min, yüz minlərlə rus oğlanlarını atacaq. Onların həlak olmasının onun üçün əhəmiyyəti yoxdur, əsas özünün çoxdan olmayan sifətini saxlamaqdır.

Mən Dağıstandakı etirazları müşahidə etmişəm. Mən çox təəssüf edirəm ki, ukraynalılar qətlə yetiriləndə, heç kim etiraz etməyə qalxmadı. Amma indi Putin sizin ruhlarınıza toxunub, sizin arxanızca gəlib. Siz ona top yemi kimi lazımsınız.

Diqqət edin, o, necə döyüşür-o, eyni zamanda özü üçün bir neçə məsələni həll edir. Putin köhnə sovet silah ambarlarını və bütöv xalqları xərcləyir. Bizdə minlərlə əsir var, amma onların arasında moskvalılar və piterçilərdən praktiki olaraq yoxdur. İri şəhərlərdən hərbi qulluqçular çox azdır. Putin anlayır ki, əgər tabutlar gələcəksə, bu, əhalidə narazılıq yarada bilər və insanlar etiraza qalxa bilər. Eyni zamanda buryatlar, dağıstanlılar, yakutlar, tatarlar və digər azsaylı xalqların nümayəndələri çoxdur.

Putin əsl faşist kimi rusların həyatını saxlamaq, milli azlıqların həyatını məhv etmək istəyir. O, dayanmayacaq, kimsə tərpənənədək dayanmayacaq ki, bu adamlar ukraynalıları güllələsin və qətlə yetirilsin.

Nəyə görə? Heç nəyə görə. Ağlını itirmiş birisinin ideyaları naminə. Əgər düşmən Rusiyaya hücum etsəydi, anlamaq olardı ki, bu, torpaq uğrunda savaşdır. Bu isə indi Ukraynada baş verir: biz özümüzü müdafiə edirik.

Mən Dağıstanın, Rusiyanın bütün vətəndaşlarını küçəyə çıxıb səfərbərliyə və müharibəyə qarşı etiraz səsini ucaltmağa çağırıram. Rusiyanı qan çanağına sövq edən və əsrlərlə geriyə atan bu ağlını qaçırmış yaramızı devirməyə çağırıram.

Ukraynalıları qətlə yetirməyin, yığılıb qalmış daxili problemlərinizi həll edin. Putini hakimiyyətdən rədd edin, insan kimi yaşamağa başlayın”.

Facebook Comments