“Rusiya avtomatik olaraq BMT Təhlükəsizlik Şurası üzvlüyündən məhrum edilməlidir…”

“Rusiya Təhlükəsizlik Şurasında Sovet İttifaqının yerini işğal edib…”

“Hansısa adamlar zalda əyləşib, qarşısına “Rusiya” yazılan lövhə qoyub və özlərini BMT Təhlükəsizlik Şurasının üzvü kimi təqdim edir…”

“Veto hüququndan istifadə edilməsi istisna olmaq əvəzinə qaydaya çevrilib. Təcili islahat aparılmalıdır…”

“Avropa Şurasının prezidenti Şarl Mişel bəyan edib ki, təşkilatda islahatlar aparılmalı və müharibəni başlayan ölkələrin BMT Təhlükəsizlik Şurasında üzvlüyünü dərhal dayandırmaq lazımdır.

Sozcu.az xəbər verir ki, bu barədə o, BMT Baş Assambleyasının iclasındakı çıxışında bəyan edib. Çıxışın mətni Avropa Şurasının saytında dərc edilib.

“Veto hüququndan istifadə edilməsi istisna olmalıdır, amma qaydaya çevrilir. Təcili olaraq islahat aparılmalıdır. Təhlükəsizlik Şurasının daimi üzvü təhrik edilməyən və Baş Assambleya tərəfindən pislənən haqsız müharibəyə başlayayanda, zənnimcə, Təhlükəsizlik Şurasında bu ölkənin üzvlüyü avtomatik olaraq dayandırılmalıdır”, – o, deyib.

Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri arasında SSRİ-nin yerini tutub və veto hüququ var.

Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa hələ fevralın 8-də “Yevropeyskaya pravda” nəşrinə müsahibəsində izah edib ki, Rusiya BMT və BMT Təhlükəsizlik Şurasına qəbul prosedurundan yan keçən yeganə dövlətdir.

“Təhlükəsizlik Şurasının daimi üzvlərinin siyahısı BMT Nizamnaməsində birbaşa göstərilib. Bunlar Çin, Fransa, Sovet İttifaqı, Böyük Britaniya və ABŞ.

Qüvvədə olan Nizamnamə deyir ki, Sovet İttifaqı hələ də mövcuddur, Rusiyanın adı orada çəkilmir.

Lakin 30 ildir ki, hansısa insanlar zalda əyləşib qarşısına “Rusiya” yazılan lövhə qoyub və özlərini BMT Təhlükəsizlik Şurasının üzvü kimi təqdim edir! Ətrafda olanlar isə bunun normal olduğunu hesab edir. Biz də bu yaxınlaradək belə hesab edirdik. Deməli, bu özbaşınalığa son qoymaq üçün Nizamnaməni dəyişmək lazımdır”, o, bəyan edib.

Aprel ayında “Ukrinform”a müsahibəsində o, deyib ki, Rusiya “Təhlükəsizlik Şurasında Sovet İttifaqının yerini işğal edib və orada qanunsuz əyləşib”, onu Təhlükəsizlik Şurasından xaric etmək yox, kənarlaşdırmaq lazımdır.

“Onun 30 ildən artıq müddətdə SSRİ-nin yerini işğal etməsi nə Təhlükəsizlik Şurası, nə BMT Baş Assambleyasının heç vaxt Rusiyanın üzv qəbul edilməsinə səs verməməsi kimi tarixi və hüquqi faktı dəyişmir.

O, özü-özünü Sovet İttifaqının 1991-ci ildə öz mövcudluğuna son verməsindən sonra onun davamçısı müəyyən edib.

Ona görə də söhbət Rusiya Federasiyasının BMT Nizamnaməsinə uyğun olaraq üzvlükdən xaric edilməsindən deyil, kənarlaşdırılmasından getməlidir”, – Kislitsa bəyan edib.

Facebook Comments