“Ukrayna qalib gələnə qədər dayanmayacağıq” – Liz Trass

Ukrayna qalib gələnə qədər Böyük Britaniya Kiyevə yardımı davam etdirəcək.

Sozcu.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Liz Trass BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 77-ci sessiyasında deyib.

“Ukrayna qalib gələnə qədər dayanmayacağıq. Münaqişənin həlledici məqamında Ukraynaya lazımi dəstəyimizi və hərbi yardımımızı artıracağıq. Rusiyaya qarşı beynəlxalq alyans çox güclüdür, lakin Moskvanı heç kim təhdid etmir”, – deyə Baş nazir Kiyevə dəstəyini ifadə edib.

Facebook Comments