Dibala: “Yuventus”dakı son illər asan keçmədi”

Bu yay “Yuventus”dan “Roma”ya keçən Paulo Dibala Turin təmsilçisindəki son mövsümlərini xatırlayıb.

Sozcu.az ESPN-ə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu transferin onun üçün yaxşı seçim olduğunu deyib:

“Yuventus”dakı son bir neçə il asan keçmədi. Dəyişikliklər mənim üçün yaxşı oldu. Mourinyo (“Roma”nın baş məşqçisi – red.) mənə zəng etdi və bir neçə dəqiqə ərzində qərarımı verdim. O və klubun direktoru mənə layihə haqqında və keçən il olduğu kimi qalib gəlmək arzularından danışdılar. Belə bir komandada əsas futbolçulardan olmaq mənə çox kömək edir”.

Qeyd edək ki, Dibala “Roma” ilə 3 illik müqavilə imzalayıb. Bu mövsüm hücumçu bütün turnirlərdə 8 oyunda 4 qol vurub və 2 qolun ötürməsini verib.

Facebook Comments