Ukrayna ordusu Xersonda Rusiyanın silah anbarını məhv edib

Ukrayna Silahlı qüvvələri Xersonda Rusiyaya məxsus silah anbarını və “Zoopark” radar kompleksini məhv edib.

UNİAN-ın xəbərinə görə, bu barədə Cənub ordu komandanlığı məlumat verib.

Bundan əlavə, sutka ərzində 5 tank, 12 avtomobil, 1 “Buk” zenit-raket kompleksi məhv edilib, 41 rusiyalı hərbçi zərərsizləşdirilib.

Facebook Comments