“Olimpiakos” yeni baş məşqçisini rəsmən açıqladı

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Olimpiakos”un baş məşqçisi rəsmiləşib.

Sozcu.az-ın xəbərinə görə, klubun saytı elan edib ki, bu vəzifəyə ispaniyalı Xose Miçel təyin edilib. “Miçel “Olimpiakos”a qayıdır” – deyə klubun yaydığı açıqlamada bildirilir. 59 yaşlı mütəxəssislə müqavilənin müddəti barədə məlumat verilməyib. Yunanıstan mediası isə onunla 1+1 illik müqavilə imzalanacağını yazıb.

Qeyd edək ki, X.Miçel 2013-2015-ci illərdə Yunanıstan təmsilçisini çalışdırıb və komanda ilə 2 dəfə ölkə çempionu olub. O, son olaraq ötən il “Xetafe”nin baş məşqçisi vəzifəsində işləyib.

Əlavə edək ki, Miçelin “Olimpiakos”a qayıtdıqdan sonra avrokubokda ilk oyunu “Qarabağ”a qarşı olacaq. Qrupun birinci matçı oktyabrın 6-da Pireydə, cavab görüşü oktyabrın 13-ü Bakıda keçiriləcək.

Facebook Comments