Şərqi Azərbaycan əhalinin qocalığına görə İranda 5 əyalətdən biridir

Əyalətdə əhalinin artım tempi ölkə üzrə orta göstəricidən aşağıdır.

Şərqi Azərbaycan valisi Zeynəlabdin Rəzəvi Xurrəm əyalətdə əhalinin orta artım tempinin ölkə üzrə orta göstəricidən aşağı olduğunu bildirərək, məsul qurumlardan uşaq dünyaya gətirmək üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsini istəyib.

O, gənclərin ailə qurmağa və ailələrin uşaq dünyaya gətirməyə meyilli olmamalarının səbəblərinə toxunmadan Şərqi Azərbaycan əyalətində cəmiyyətin qocalması prosesinin sürətləndiyini və əyalətin İranda cəmiyyətin qocalığına görə 5 əyalətdən biri olduğunu deyib.

Qeyd edək ki, Şərqi Azərbaycan Baş Qeydiyyat İdarəsinin əhali üzrə məsul mütəxəssisi Səid Məhəmmədi əyalətdə doğum saylarının kəskin azaldığını söyləyib.

Səid Məhəmmədi Şərqi Azərbaycan əyalətinin 12,1 göstərici ilə İran üzrə 22-ci yerdə qərarlaşdığını, ölkədə ortalama göstəricidən aşağı olduğunu deyib.

Məhəmmədi xüsusilə son üç ildə Şərqi Azərbaycanda doğum hallarının daha da azaldığını vurğulayıb.

Onun fikrincə, bu tendensiya davam edərsə, qarşıdan gələn 4 il ərzində cəmiyyət mənfi artım tempi ilə üzləşəcəcək.

Məsələ ilə bağlı açıqlama verən Təbriz, Üskü və Tufarqanın İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan gənclərin evlənməməsinin, ailələrin uşaq dünyaya gətirmək istəməməsinin əsas səbəbinin işsizlik, yoxzsulluq və gələcəyə inamsızlıq olduğunu bildirib.

Facebook Comments