Səfirin Qarabağ açıqlamasında nə çatmır? – Cavab

Ermənistan Baş naziri Nikol Paşinyanın Tehranın “Ararat” klubunda erməni icması ilə görüşü zamanı qaldırılan “Qarabağ Ermənistandır” şüarını İranın Bakıdakı səfirinin pisləməsinə reaksiyalar verilməkdədir.

Bununla bağlı sosial şəbəkələrdəki gedən müzakirələrə politoloq Elxan Şahinoğlu da qoşulub. Politoloq bildirib ki, iranlı rəsmilər Paşinyanın Tehranda ermənilərlə görüşü zamanı asılan bayraqdan və şüardan xəbərləri olmadıqlarını bildirdilər:

“Onu da dedilər ki, həmin yazılar erməni dilində olub, nə yazıldığını guya bilməyiblər, ancaq bunun təxribat mahiyyəti daşıdığını etiraf edirlər. Onda sual olunur: Niyə İran polisi Tehranda “Qarabağ Ermənistanındır” şüarını zalın mərkəzində asan təxribatçıları həbs etmir, Təbriz stadionundan çıxarkən “Qarabağ Azərbaycanındır” deyən 29 soydaşımızı həbs edir? Məgər Tehran Qarabağın Azərbaycanın bir parçası olduğunu qəbul etmir? Edirsə, niyə təxribatçı erməniləri yox, rəsmi Tehranın Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dəstək verən azərbaycanlıları həbs edir? Axı soydaşlarımız “Qarabağ Azərbaycanındır” deməklə rəsmi Tehranın siyasətinə tərs düşən heç nə deməyiblər”.

Facebook Comments