Meymun zəng edərək zooparka polis çağırdı

ABŞ-ın Kaliforniya ştatının El Paso de Robles şəhərindəki zooparkda yaşayan kapuçin meymunu telefon taparaq polisə zəng edib.

Sozcu.az bildirir ki, bu barədə SF Gate məlumat yayıb.

Hüquq-mühafizə orqanlarına zəng daxil olub. Bir anda zəng kəsilib. Operatorlar telefon sahibinə geri zəng etməyə çalışsalar da, cavab ala bilməyiblər. Zəngin səbəbini müəyyən etmək üçün çağırış yerinə polis bölməsi göndərilib.

Məlum olub ki, zooparkdan zəng ediblər. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları zəng vura biləcək adam tapmayıblar. Sonda məlum olub ki, hay-küyün günahkarı Rut adlı meymundur. O, işçilərin zooparkda hərəkət etmək üçün istifadə etdikləri qolf arabasında qalmış mobil telefon tapıb.

“Bizə dedilər ki, kapuçinlər çox maraqlanırlar, tapdıqları hər şeyi tutub düymələri basmağa başlayırlar”, – polis deyib.

Facebook Comments