Mingəçevirdə onkoloji xəstə olan qadın özünü kanala atdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Mingəçevir şəhərində 1 nəfərin intihar məqsədilə özünü Yuxarı Qarabağ kanalına atması barədə məlumat daxil olub.

FHN xəbər verir ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Oxu.Az-ın məlumatına görə, kanal özünü atdığı ehtimal olan şəxs 1956-cı il təvəllüdlü Zeynəb Səbzəliyevadır. O, gecə saat 04:00 radələrində evdən çıxıb.

66 yaşlı qadının ayaqqabıları səhər saatlarında kanalın yaxınlığında tapılıb. O, onkoloji xəstə imiş və bu səbəbdən intihar etdiyi ehtimal edilir.

Facebook Comments