Ukraynanın kamikadze-dronu Rusiyanın rabitə qülləsini DAĞITDI – VİDEO

Ukraynanın kamikadze pilotsuz təyyarəsi Belqorodda rabitə qülləsini dağıdıb.

Sozcu.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Ukrayna Silahlı Qüvvələrinə məxsus kamikadze pilotsuz uçan aparat Belqorod vilayətinin Kazinka kəndində rabitə qülləsini yerlə bir edib.

Məlumata görə, hadisə avqustun 14-də baş verib. Rusiya həmin qüllədən Ukrayna ordusunun yerləşdirilməsini izləmək üçün istifadə edirdi.

“Ukrayna Silahlı Qüvvələrinə məxsus dron-kamikadze Rusiyanın Belqorod vilayətinin Kazinka kəndində Ukrayna hərbçilərinin dislokasiyasını izləmək üçün istifadə edilən rabitə qülləsini vurub”, – deyə Teleqram kanalda qeyd olunub.

Qeyd edək ki, Rusiya qüllənin vurulmasını təsdiqləsə də, USQ -nin izlənməsini inkar edib.

Facebook Comments