“Barselona” 54 il sonra ilk dəfə…

“Barselona” 54 il sonra ilk dəfə La Liqanın 1-ci turunda “Kamp Nou”da 0:0 hesablı heç-heçə edib.

Sozcu.az xəbər verir ki, bu, ötən gün “Rayo Valekano” ilə oyunda qeydə alınıb. “Barselona” son dəfə 1968-ci ilin sentyabrında ilk turda öz meydanıda 0:0 hesablı heç-heçə edib.

Qeyd edək ki, “Barselona”nın La Liqadakı növbəti rəqibi “Real Sosyedad”dır. Komandalar arasında 2-ci tur görüşü avqustun 22-si saat 00:00-da başlayacaq.

Facebook Comments