Ruslar bu istiqamətdə geri çəkilməyə məcbur edildi

Xarkov istiqamətində Rusiya qüvvələri itki verərək geri çəkilməyə məcbur edilib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Ruslar taktiki vəziyyəti yaxşılaşdırmaq üçün Udı, Petrovka və Qusarovka yaşayış məntəqələri ərazilərində hücum əməliyyatları həyata keçiriblər”, – məlumatda qeyd olunub.

Bildirilir ki, Ruslar Xarkovda pilotsuz uçuş aparatları ilə fəal şəkildə hava kəşfiyyatı aparıb. Həmçinin, həmin istiqamətdə fəaliyyət göstərən bölmələr maddi-texniki təminatının yaxşılaşdırmaq üçün ciddi səylər göstərir.

Facebook Comments