“Moody’s” Azərbaycanın 5 bankının reytinqini təsdiqləyib

“Moody’s” beynəlxalq reytinq agentliyi bu gün dörd Azərbaycan bankının- Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank , Xalq Bank və “Bank of Baku”nun BCA və depozit reytinqini yüksəldib.

Sozcu.az “Moody’s”ə istinadən xəbər verir ki, bu bankların uzunmüddətli depozit reytinqləri üzrə proqnoz müsbətdən sabitə dəyişdirilib. Eyni zamanda, reytinq agentliyi “Bank Respublika”nın BCA və depozit reytinqlərini müsbət proqnozla təsdiqləyib.

Agentlik ABB-nin əsas kredit qiymətləndirilməsini (BCA) b2-dən b1-ə,“Kapital Bank”ın b1-dən ba3-ə, “Xalq Bank” və “Bank of Baku”nun b3-dən b2-yə yüksəldilib. “Bank Respublika”nın əsas kredit qiymətləndirilməsini b3 səviyyəsində təsdiq edilib.
ABB-nin uzunmüddətli depozit reytinqlərini B1-dən Ba3-ə,”Kapital Bank”ın Ba3-dən Ba2-yə, “Xalq Bank”ın B2-dən B1-ə, “Bank of Baku”nun B3-dən B2-yə kimi artırılıb, “Bank Respublika”nın depozit reytinqlərini isə B3 səviyyəsində təsdiqlənib.
“Moody’s” hesab edir ki, Azərbaycan bankları üçün əməliyyat mühiti qarşıdakı 12-18 ay ərzində yaxşılaşacaq. Bankların reytinqinin yaxşılaşdırılması da bunu özündə əks etdirir.

Facebook Comments