“Pulum olsaydı, bir il qardaşıma yas tutar, bəzənməzdim” – Xatun

“Mənim dərdim var. Ömür boyu yadımdan çıxmayacaq. Heç çıxmasın da”.

Sozcu.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva “O üz” proqramında deyib. Sənətçi bir müddət əvvəl dünyasını dəyişən stilist qardaşı Balaşa yas saxlaya bilməməsinin səbəbini açıqlayıb:

“Hərdən nəsə deyirlər. Deyirəm nə istəyirsiniz məndən? Görürsünüz ki, mənim qardaşım rəhmətə gedib, bəzənirəm, toya gedirəm. Yas saxladım ki, ona? Nə istəyirsiniz məndən? Uşaqlar, karantin olmasaydı, kənarda bir az pulum olsaydı, bir il ona yas tutardım, heç bəzənməzdim. Deyirlər həkimin də işi var, müəllimin də. Onlar mənim kimi bəzənmirlər axı. Onlar gözəl olmağa çalışmırlar axı, geyim, toy libası seçmirlər. Bizim işimiz çox çətindir.

Bir də görürsən kimsə məndən inciyir, yazır cavab vermirəm. Deyirəm ki, mən sənə nə etmişəm ki? Dərdimi çəkməyə də qoymursunuz”.

 

Facebook Comments