Levandovski: “Özümü yeni oyuncağı olan uşaq kimi hiss edirəm”

“Barselona”nın yeni transferi Robert Levandovski Kataloniya klubuna keçidindən danışıb.

Sozcu.az xəbər verir ki, polşalı hücumçu “Marca”ya açıqlamasında deyib: “Mən bilirəm ki, mənim keçidim “Bavariya”nın bir çox azarkeşinə təsir edir. Mən bunu başa düşürəm və üzr istəyirəm. Həmin vaxt dəyişikliklərə hazır olduğumu başa düşmək mənim üçün vacib və zəruri idi. Hamımız insanıq.

Almaniyada 12 il keçəndən sonra mənə aydın oldu ki, vaxtım bitib. Ən yaxşı həll yolunu tapmalı idik. Mənə bu dəyişikliklər, başqa ölkəyə, başqa kluba keçid lazım idi. Özümü yeni oyuncağı olan uşaq kimi hiss edirəm”.

Qeyd edək ki, Levandovski “Barselona” ilə 4 illik müqavilə imzalayıb.

Facebook Comments