Qaxda 63 yaşlı kişi intihar edib

Qaxda intihar hadisəsi baş verib.

Sozcu.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Əmircan kəndində qeydə alınıb.

Kənd sakini 1959-cu il təvəllüdlü Valeh Ramazan oğlu Ramazanovun meyiti yaşadığı ünvanda asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib. Uzun müddət xəstəlikdən əziyyət çəkən Valeh Ramazanovun intihar etdiyi məlum olub.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

Facebook Comments