Tanışını döyərək öldürən şəxsə 10 il həbs cəzası verilib

Tanışının ölümünə səbəb olan Əbülfəz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Əbülfəz Məhərrəmov 10 il azadlıqdan məhrum olunub.

Hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb. Rəsmi məlumata görə, 1979-cu il təvəllüdlü Ramil Atakişiyevin aldığı xəsarətlər nəticəsində yanvarın 24-də xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Aparılan araşdırmalarla 1993-cü il təvəllüdlü Əbülfəz Məhərrəmovun şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Ramil Atakişiyevi döyərək xəsarətlər yetirdiyi, nəticədə onun aldığı xəsarətlərdən xəstəxanada öldüyü müəyyən olunub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Facebook Comments