161-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 161-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 41 350 hərbçi, 1 774 ədəd tank, 4022 ədəd zirehli döyüş maşını, 939 ədəd artilleriya sistemi, 259 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 118 hava hücumundan müdafiə sistemi, 223 ədəd hərbi təyyarə, 191 ədəd helikopter, 2 922 ədəd avtomobil texnikası, 740 ədəd PUA, 180 qanadlı raket, 15 gəmi/qayıq, 83 xüsusi avadanlıq itirib.

Facebook Comments