Təbriz kombayn zavodunun işçilərinə əmək haqqı verilmir

Təbriz kombayn zavodunun işçiləri narazıdır. Aylardır ki, işçilərin əmək haqları verilmir.

Bu barədə işçi hərəkatı fəalları sosial mediada paylaşım edib. Onlar Təbrizin Səhənd Kombayın Zavodunun işçilərinin bir çoxunun 4 aydır əmək haqlarının verilmədiyini yazıblar.

Fəallar bundan öncə bir sıra işçiləri gecikdirilmiş əmək haqlarının yarısının ödənildiyini. ancaq bir çox işçinin müraciətinin cavabsız qaldığını bildiriblər.

İşçilər zavodun hal-hazırda istehsalının demək olarki dayandırıldığını, rəhbərliyin bunu əsas gətirərək onların əmək haqlarını verməkdən imtina etdiyini qeyd ediblər.

Facebook Comments