Mahir Emreli yenidən zədələndi

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli yenidən sıradan çıxıb.

Sozcu.az xəbər verir ki, 25 yaşlı hücumçu evdə “İstra 1961” 4:1 hesabı ilə məğlub etdikləri ölkə çempionatının III tur matçından sonra əvvəlki zədəsini yeniləyib.

Belində ağrılar hiss edən forvard Bolqarıstanda “Lüdoqorets”lə oynanılacaq UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşünü buraxacaq. Onun yaşıl meydanlardan hansı müddətə kənarda qalacağı müayinələrdən sonra bəlli olacaq.

“Ludoqorets” – “Dinamo” oyunu avqustun 2-də gerçəkləşəcək.

Facebook Comments