“Biz hesab edirik ki, elmi mərkəzlərin ən böyük hissəsi universitetlərə bağlı olmalıdır” – İSA QƏMBƏR

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər “Press Klub” telekanalının aparıcısı Kamran Həsənli ilə cəmiyyətimiz üçün maraqlı olan aktual mövzuları müzakirə edib.

Sozcu.az xəbər verir ki, bu haqda özünün “Facebook” səhifəsində məlumat verən İsa Qəmbər bildirib ki, AMEA ilə bağlı qərarın səbəbləri və mümkün nəticələri barədə danışılıb:

“Press Klubda Kamran Həsənli ilə söhbət etdik. AMEA ilə bağlı qərarın səbəbləri və mümkün nəticələri barədə danışdıq. Mən Elçibəy hakimiyyətinin elm sahəsində islahat barədə mövqeyini və MSDM-in bu məsələyə münasibətini açıqladım.

“5-ci kolon” və Ramiz Mehdiyev mövzusunda gerçək nədir, siyasi sui-istifadə cəhdləri nədən ibarətdir – fikirlərimi açıqladım.

Digər aktual mövzuları- Tehranda İran, Rusiya, Türkiyə danışıqları, gözlənilən Soçi görüşü, Zəngəzur və Laçın koridorları, bölgəmizdə müharibə ehtimalını da müzakirə etdik”.

Facebook Comments