“Azərbaycanlıların iki əsas istəyi Urmu gölünün bərpası və ana dilidir”-Xiyavlı millət vəkili

Ərdəbil əyalətinin Xiyav şəhərinin İran parlamentindəki nümayəndəsi Mahmud Abbaszadə parlamentin açıq iclasında Urmu gölü və ana dili ilə bağlı çıxış edib.

Bölgədə əhlaninin yoxsulluq və digər məişət problemlərindən əziyyət çəkdiyini vurğulayan millət vəkili uzun illər ərzində bu problemlərin aradan qaldırılmamasından təəccübləndiyini deyib.

“Azərbaycan xalqının əsas tələbi Urmu gölünün bərpa edilməsi və ana dilidir. Azərbaycan ölkənin milli təhlükəsizliyinin təməllərindəndir.

Azərbaycanın iki əsas tələbinə laqeyd yanaşma baha başa gələ bilər, ölkə rəhbərlərindən xahiş edirəm ki, buna diqqət eləsinlər”-deyə, Mahmud Abbaszadə bildirib.

Facebook Comments